Londonun “Çelsi” klubu Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunun matçında Ermənistan təmsilçisi “Noa”ı məğlub edib.
QÜTB.AZ xəbər verir ki, "Stemford Bric" stadionunda keçirilən görüş 8:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
Artıq birinci hissədə londonlular altı qol vurub. Müdafiəçi Tosin Adarabioyo 12-ci dəqiqədə, 18 yaşlı hücumçu Mark Giu 13-cü dəqiqədə , digər müdafiəçi Aksel Disasi isə 18-ci dəqiqədə fərqlənib. 39-cu dəqiqədə Mixail Mudrik, 21-ci və 41-ci dəqiqələrdə João Feliks dubla imza atıb. Yarımmüdafiəçi Kristofer Nkunku 69 və 76-cı dəqiqələrdə (penaltidən) daha iki qol vurub .
Üç turdan sonra Konfrans Liqasının turnir cədvəlində "Çelsi"nin 9 xalı var, "Noa"ın isə 3 xalı var.
Növbəti oyunda londonlular səfərdə Almaniyanın “Haydenhaym” komandası ilə, "Noa" isə evdə islandiyalı “Vikinqur”la qarşılaşacaq. Görüşlər noyabrın 28-də baş tutacaq.
Hüseyn İbadlı