Ağstafada Həsənsu çayında suyun səviyyəsinin artması müşahidə olunur.
Publika.az xəbər verir ki, digər rayonlarda Kür çayının səviyyəsi kəskin artıb.
Aidiyyəti qurumlar tərəfindən yarana biləcək selin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görülüb.
Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya mərkəzinin məlumatına görə, Kür çayının Ağstafa rayonu ərazisində Qıraqkəsəmən avtomat hidroloji məntəqəsində mayın 26-da suyun səviyyəsi dünən ilə müqayisədə 152 sm artıb və hazırda da səviyyənin artımı davam edir.
Səviyyənin artımının mayın 27-də də davam edəcəyi gözlənilir. Yaranmş vəziyyətlə əlaqədar Qazax, Tovuz və Ağstafa rayonlarının ərazisində yaşayan əhalinin diqqətli olmaları və çayın sahilindən kənar durmaları xahiş olunur.