29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

“Real” ABŞ-a Mbappesiz gedəcək

18 iyl 2024 03:00
İDMAN
ads

Kilian Mbappe ABŞ-a səfəri zamanı “Real”ın yoldaşlıq görüşlərini buraxacaq.

Publika.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.

Avro-2024-də Fransa millisi ilə yarımfinala qədər irəliləyən Mbappenin istirahəti avqustun 7-ə kimi davam edəcək. Yalnız bu tarixdə yeni komandasında məşqlərə başlayacaq.

“Real” fransalı hücumçunun İtaliya “Atalanta”sı ilə UEFA Superkuboku matçında iştirak edəcəyinə ümid edir. Bu oyun avqustun 14-də Varşavada baş tutacaq.

Madrid klubu ABŞ-da “Milan”, “Barselona” və “Çelsi” ilə yoldaşlıq oyunları keçirəcək.

Qeyd edək ki, Mbappe PSJ ilə müqaviləsi başa çatdıqdan sonra azad agent kimi “Real”a keçib.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur