02.04.25 | Bakı 11.03° C |
10:06:25
Lent :

Sabah metro bu rejimdə işləyəcək

07 mar 2024 11:00
GÜNDƏM
ads

8 Mart - Beynəlxalq Qadınlar Günü qeyri-iş günü hesab edildiyindən Bakı metropoliteninin iş rejimində dəyişiklik ediləcək.

Publika.az “Bakı Metropoliteni” QSC-yə istinadən məlumat verir ki, gün ərzində saat 07:00-dan 21:00-a qədər “Həzi Aslanov-28 May” sahəsində qatarların hərəkəti 2,5 dəqiqəlik intervalla tənzimlənəcək.

Qırmızı və Yaşıl xətlərin birləşdiyi “28 May” stansiyasından “İçərişəhər” və “Dərnəgül” istiqamətində qatarların hərəkət intervalı həmin vaxt ərzində iki dəfə artıq olacaq.

Bununla belə, sərnişin axını və hərəkət istiqamətlərindən asılı olaraq, hərəkət qrafiki nəzarətdə saxlanılmaqla, zərurət yaranacağı təqdirdə, ehtiyat qatarlar xəttə buraxılacaq. Stansiyalarda, eləcə də qurğu və avadanlıqlarda müvafiq nəzarət mexanizmləri tətbiq olunacaq.

“Bakmil” stansiyası istiqamətində və əksinə hərəkət edən sərnişinlərdən xahiş olunur ki, martın 8-də qatarların hərəkətinin şənbə günü cədvəlindən istifadə etsinlər.

Martın 9-u və 10-da isə Bakı metropolitenində payız-qış hərəkət qrafikinin tələbləri qüvvədə olacaq.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur