Rusiyanın keçmiş müdafiə naziri Sergey Şoyqunun qızı Kseniya Rusiyanın Ukraynaya hücumundan bir gün əvvəl Rusiyanı tərk edib. O, 2022-ci il fevralın 23-də günortadan sonra, genişmiqyaslı hücumun başlamasına 14 saat qalmış ölkədən çıxıb.
QÜTB.AZ xəbər verir ki, bu barədə “Agentstvo novosti” sərhəd-keçid məlumat bazasına istinadən məlumat yayıb.
Ümumilikdə, Rusiya Ukraynaya qarşı müharibə başlayandan bəri Şoyqunun qızı 7 dəfə BƏƏ-yə uçub
“Kseniya Şoyqu 2022-ci il fevralın 23-də saat 15:50-də Şeremetyevodan BƏƏ-nin paytaxtı Əbu-Dabiyə uçdu, o, müntəzəm “Etihad” reysi ilə səfər edib. Ertəsi gün saat 6:00-da Kreml Vladimir Putinin hərbi əmnəliyyatların başlamasına dair müraciətini dərc edib. ▪Sızdırılan məlumatlara görə, Şoyqunun qızı bir gün sonra, fevralın 25-də saat 14:25-də Rusiyaya qayıdıb. Bu isə onu deməyə əsas verir ki, Sergey Şoyqu rus isteblişmentinin azsaylı nümayəndələrindən biri idi ki, Rusiyanın Ukraynaya hücumunun dəqiq tarixini bilirdi”, - hesabatda qeyd olunur.
Maraqlıdır ki, Kseniya Şoyqu 2020-ci ildən Rusiya Triatlon Federasiyasına rəhbərlik edir. Bundan əlavə, o, “Qəhrəmanların yarışı” idman yarışlarını təşkil edir.
Şoyqunun qızının “səyahətlərini” üzə çıxaran eyni məlumat bazasından məlum olub ki, Çeçenistan rəhbəri Ramzan Kadırovun qızları Karina, Tabarik və Hedi 2017-ci ildə Fransaya getmək üçün başqa soyadlı pasportlardan istifadə ediblər. Onlar Parisə atalarının “Airbus” ACJ319 biznes təyyarəsi ilə uçublar və göyərtəsində ən azı 21 nəfər olub.
Sərnişinlər arasında Musayeva soyadlı pasportlardan istifadə edən Çeçenistan rəhbərinin üç qızı da olub. Maraqlıdır ki, sızan məlumatlara görə, bütün bu pasportlar hələ də qüvvədədir.
Akqabay