“Real Madrid”in ispaniyalı müdafiəçisi Lukas Vaskes klubu ilə müqaviləsini uzadacaq.
QÜTB.AZ xəbər verir ki, bu barədə “El Gol Digital” məlumat yayıb.
Mənbənin məlumatına görə, 33 yaşlı futbolçunun yeni müqaviləsi 2025/26 mövsümünün sonuna qədər qüvvədə olacaq.
Cari mövsümdə Lukas Vaskes klub səviyyəsində 27 oyun keçirib, 2 qol vurub və 4 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı futbolçunun dəyərini 3,5 milyon avro qiymətləndirir.
Əvvəllər “Real”ın prezidenti Florentino Peresin Lukas Vaskesin “qələmini” qırdığı bildirilmişdi.