Türkiyənin Vergilər İdarəsi vergi qanunlarına nağd alışların icazə verilən maksimum miqdarına məhdudiyyət tətbiq edən dəyişikliklər hazırlayıb
QÜTB.AZ xəbər verir ki, İdarə mal və xidmətlərə görə nağd ödənişlərə 7 min türk lirəsi (hazırkı məzənnə ilə 205 dollar) səviyyəsində limit tətbiq etməyi təklif edir.
Dəyişikliklər təsdiqlənərsə, hüquqi və fiziki şəxslər bu həddi aşan məbləğlər üzrə ödənişləri bank köçürməsi yolu ilə həyata keçirməlidirlər. Yəni bank kartları və köçürmələrdən istifadə etməklə dövlət poçtu vasitəsilə və ya bu cür əməliyyatları həyata keçirmək hüququ olan rəsmi vasitəçilər vasitəsilə pul köçürmələri edilməlidir.
Tələb pozulduqda alıcılar üçün cərimələr nəzərdə tutulur. Bu, ən azı 5 min lirə (təxminən 150 dollar) və ya alış məbləğinin 10%-ni təşkil edir. (Trend)