Avropa Liqasının pley-off mərhələsində "Braqa"nı üstələyərək 1/8 finala vəsiqə qazanan "Qarabağ" bu mövsümkü gəlirlərini bir az da artırıb.
Publika.az xəbər verir ki, Portuqaliya təmsilçisi səddini aşmağa görə "köhlən atlar" UEFA-dan 1,2 milyon avro mükafat alacaq. Bununla Azərbaycan çempionunun cari mövsümdə avrokuboklardan əldə etdiyi gəlir 11 milyon 382 min avroya (təqribən 20 milyon 940 min manat) çatıb.
Ağdamlılar növbəti mərhələdə də uğur qazansa, daha 1,8 milyon avro qazana bilərlər.
Qeyd edək ki, marketinq, yayım və UEFA-nın digər bölüşdürmələrinə görə "Qarabağ"ın qazancının daha da artacağı gözlənilir.
Heybət