02.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Xəzinə axtaran zaman şahzadənin çox bahalı üzüyünü tapdı

26 fev 2024 13:00
GÜNDƏM
ads

Xəzinə ovçusu Lars Nielsen Danimarkanın Emmerlev bölgəsində axtarış aparan zaman olduqca bahalı qırmızı daşlı üzük tapıb.

Publika.az xəbər verir ki, elm adamları üzüyün mənşəyini öyrəniblər. Müəyyən olunub ki, o, 5-ci və ya 6-cı əsrlərə aiddir.

Danimarkanın "Via Ritzau" saytının məlumaatına görə, bu qiymətli tapıntı bir vaxtlar Fransanı idarə edən kral sülaləsi Merovingiyalılarla sıx əlaqələri olan naməlum bir kral ailəsinə məxsus olub.

Danimarka Milli Muzeyinin kuratoru və arxeoloq Kirstin Pommergaard, unikal üzüyün Merovinqlər sülaləsi ilə necə əlaqəli olduğunu müəyyən etdiklərini belə izah edib: "Qızıl Dairə təkcə Emmerlevdə kral sülaləsinin ehtimalını ortaya qoymur, həm də bu ərazini Dəmir dövründə Avropanın ən böyük güc mərkəzlərindən biri ilə əlaqələndirir. Qızıl üzük çox güman ki, Emmerlevdə şahzadənin qızına məxsus ola bilər".

Arxeoloqun fikrincə, bu dövrlərdə kral sülalələri öz övladlarının nikahını təşkil edərkən qızıl adətən diplomatik hədiyyə kimi istifadə olunurdu.

Cəmilə


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur