Ayxan Hacızadə Almaniya XİN başçısına cavab verdi
ABŞ Prezidenti Donald Trampla münasibətləri pozulan milyarder İlon Mask qalmaqallı açıqlama verib.
Qutb.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.
"Böyük bombanı partlatma zamanı gəldi", – deyə o, bildirib və əlavə edib: “Epşteyn dosyalarında Donald Tramp da var. Dosyaların ictimaiyyətə açıqlanmamasının əsl səbəbi də budur.”
Xatırladaq ki, məşhur milyarder Ceffri Epşteynin ABŞ elitası ilə əlaqələrini əks etdirən sənədlər illərdir ciddi mübahisələrə səbəb olur. Uşaqların cinsi istismarı və insan alveri kimi ağır ittihamlarla üz-üzə qalan Epşteynin ölümündən sonra onun əlaqədə olduğu tanınmış şəxslərlə bağlı çoxsaylı materialların gizli saxlandığı bildirilir. Maskın bu açıqlaması həmin sənədlərin arxasında siyasi motivlərin olduğunu bir daha gündəmə gətirib.