10.10.25 | Bakı 19.03° C |
10:06:25
Lent :

Bu ölkədə hakimiyyət atadan oğula keçdi

03 okt 2025 16:00
DÜNYA
ads

Lüksemburqda keçirilən rəsmi mərasimdə hersoq Anri taxt-tacdan imtina edərək hakimiyyəti varisi və böyük oğlu Qiyoma təhvil verib.

Qutb.az xəbər verir ki, Anri Hersoqlar Sarayında taxtdan imtina etməsi barədə fərmanı imzalayıb, daha sonra sənəd ölkənin Baş naziri Lyuk Friden tərəfindən də təsdiqlənib. Yeni Hersoq Qiyom yaxın saatlarda Lüksemburqun Deputatlar Palatasında and içəcək. Qiyomun taxt-taca çıxma mərasimində Lüksemburqun yüksəkvəzifəli şəxsləri ilə yanaşı, xarici qonaqlar da iştirak ediblər. Onların arasında Belçika Kralı Filipp, Niderland Kralı Villem-Aleksandr, Avropa Parlamentinin sədri Roberta Metsola və Avropa Şurasının Prezidenti Antonio Koşta da olub.

Qeyd edək ki, 43 yaşlı Qiyom Böyük Britaniyanın “Sandherst” Kral Hərbi Akademiyasında hazırlıq keçib, Fransanın “Anje” Universitetində siyasi elmlər üzrə təhsil alıb.

Taxtdan imtina edən 70 yaşlı Anri 2000-ci ildən Lüksemburqun Hersoqu vəzifəsini icra edirdi.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
157 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
19.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur