“Çelsi”nin yarımmüdafiəçisi Enzo Fernandezin agenti müştərisinin “Barselona”ya keçmə ehtimalını müzakirə etmək üçün bu klubun nümayəndələri ilə əlaqə saxlayıb.
Publika.az xəbər verir ki, bu barədə “Sport.es” məlumat yayıb.
Mənbənin sözlərinə görə, Fernandez 2023-cü ilin qışında “Benfika”dan “Çelsi”yə keçməzdən əvvəl “Barsa”da oynamaq arzusunu bildirib.
Hazırda “Barselona”nın maliyyə vəziyyətinə görə argentinalı yarımmüdafiəçinin transfer pulunu ödəyə bilmədiyi və buna görə də oyunçunu icarəyə götürmək variantını nəzərdən keçirir. Bu, qarşıdan gələn yay reallaşa bilər.
Xatırladaq ki, Fernandez bu mövsüm bütün turnirlərdə 29 matçda iştirak edib, 6 qol vurub və 1 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2031-ci ilin yayına kimi nəzərdə tutulub.