Yanvarın 29-da vəzifəsinin icrasına başlayan Moldovanın yeni xarici işlər naziri Mixay Popsoi Rusiya tərəfindən ölkəyə girişi qadağan edilən şəxslərin qara siyahısına salınıb.
Publika.az xəbər verir ki, bu barədə "NewsMaker" məlumat yayıb.
Rusiya Federasiyasına giriş qadağası faktını şərh edən Moldova Xarici İşlər Nazirliyinin rəhbəri xatırladıb ki, o, yayda hakim Fəaliyyət və Həmrəylik partiyasından respublika parlamentinin deputatı olanda müvafiq siyahıya salınıb.
“Kreml və Rusiya Xarici İşlər Nazirliyinin mənim xarici işlər naziri təyin olunmağıma necə reaksiya verəcəyini görmək maraqlı olacaq. Bu, onların işidir, nə qərar verəcəklərini bilmirəm. Amma beynəlxalq standartlara görə, diplomatlar ölkələr arasında fikir ayrılıqlarına baxmayaraq, dialoq qurmaq üçün çalışırlar və bunu etmək imkanı və hüququ olmalıdır”, - deyə o bildirib.
Adəm