Paris Olimpiadasında dopinqə görə diskvalifikasiya ilə bağlı ilk hal qeydə alınıb.
Publika.az xəbər verir ki, Nigeriyadan olan 22 yaşlı boksçu Sintiya Oqunsemilore antidopinq qaydalarını pozduğuna görə diskvalifikasiya edilib.
Oqunsemilore boks üzrə yüngül çəkidə mübarizə aparıb. O, 2023 Afrika Oyunlarının qalibidir.
Eyni zamanda Nigeriya təmsilçisindən yarışdankənar müddətdə dopinq-test götürülüb. Nümunənin tərkibində dopinq agenti kimi təsnif edilən furosemid olub. İdmançıya İdman Arbitraj Məhkəməsinə müraciət etmək hüququ qalıb.
Hazırda ona Paris Olimpiya Oyunları zamanı yarışmaq, milli komanda ilə məşq etmək, məşqçilik etmək və ya hər hansı fəaliyyətdə iştirak etmək icazəsi yoxdur.
Hüseyn İbadlı