İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi İsrail hərbçilərinə Qəzza zolağı və Livanda əməliyyatların davam etdirilməsi, eləcə də İordan çayının qərb sahilində genişmiqyaslı antiterror əməliyyatlarına hazırlaşmaq üçün planlar hazırlamağı tapşırıb.
QÜTB.AZ xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidmətindən bildirilib.
"Baş Qərargah rəisi həm Qəzzada, həm də Livanda əməliyyatları davam etdirməyi planlaşdırır", - deyə məlumatda qeyd olunub.