Leninqrad vilayətinin Ust-Luqa şəhərində dəniz limanı terminalı yanır.
Publika.az xəbər verir ki, bu barədə “Shot" "Telegram” kanalı məlumat yayıb.
“Leninqrad vilayətinin Ust-Luqada kömür terminalında güclü yanğın. Əvvəllər bir neçə partlayış səsi eşidilib”, - məlumatda deyilir.
"Telegram" kanalının məlumatına görə, yerli sakinlər PUA səsi barədə məlumat veriblər, bundan sonra bir neçə partlayış səsi eşidilib.
Ust-Luqa limanında “Novotek” şirkətinin terminalında baş vermiş yanğın nəticəsində tələfat olmayıb, işçilər təxliyə edilib.
Hüseyn İbadlı