Ryan Arkidiakono dəhşətli statistikası ilə MBA tarixinə düşüb.
Publika.az xəbər verir ki, o, biabırçı anti-rekorda imza ataraq buna nail olub.
29 yaşlı basketbolçu bu mövsüm “Nyu York Niks”in heyətində 20 oyun keçirib və bütün oyunları bir xal da qazanmadan başa vurub.
Arkidiakono meydanda təxminən 45 dəqiqə vaxt keçirib. O, mövsüm ərzində 20 matçda bir xal da qazana bilməyən ilk basketbolçu olub.
Onun digər statistik göstəriciləri də ürəkaçan deyil. Bu mövsüm hər oyuna orta hesabla 0,4 ribaund və 0,2 məhsuldar ötürmə edib.
Arkidiakono 2017-ci ildə dünyanın ən yaxşı liqasında çıxış etməyə başlayıb. O, “Çikaqo Bulls”, “Boston Seltiks”, “Portland Treyl Bleyzers”də iştirak edib.