Publika.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - yaxın ətrafınızdakı insanların maraqlarını nəzərə alın, onlara işlərində yardım edin. Ailə üzvlərinin tələblərini yerinə yetirməsəniz, münaqişə situasiyası yarana bilər. Passiv olsanız, fəaliyyətinizin yaxşı sonuclanma ehtimalı azalacaq.
Günün ikinci yarısında maraqlandığınız, sevdiyiniz işlə məşğul ola bilərsiniz. Sevdiyiniz insanın qayğınza ehtiyacı var.
Axşam saatlarına yaxın məşq etmək, idmanla məşğul olmaq mümkündür.
Buğa - yaradıcılıq üçün yaxşı gündür. Problemlərin həllini başqalarına həvalə etməyin. Yardım istəyənə mütləq kömək edin. Laqeyd, donuq insan olmayın.
Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün planlarda dəyişikliklər etmək olar. İstirahət və əyləncə fikirlərini təxirə salın. İndi ciddi şəkildə çalışmaq zamanıdır.
Günün ikinci yarısında yaşlı qohumlardan biri ilə münaqişəli situasiya yarana bilər. Amma durumu heç bir problem yaranmadan çözə bilərsiniz. Ailə qayğıları sizin bilavasitə, təxirəsalınmaz müdaxilənizi tələb edir.
Adət etdiyiniz, ənənəvi məqamları asanlıqla çözmək olar.
Axşam saatlarında normal istirahət edin.
Əkizlər - yalnız öz mənafeyinizi yox, başqalarının da maraqlarını düşünün. Yaxşı münasibətləri qorumaq üçün bəzi məqamları qurban verməyi bacarın.
Səhhətinizə fikir verin. Zərərli vərdişlərdən qurtulmaq üçün əlverişli zamandır.
Günün ikinci yarısında ailə büdcəsinə bir də nəzər salın. Yaxın gələcəklə bağlı planlarınızı dəyər verdiyiniz insanlarla müzakirə edin.
Axşam saatlarına yaxın yaradıcılıq potensialınızı artırın. Ötənlərdəki pis olayı xatırlayıb bədbinliyə qapılmayın.
Xərçəng - günün ilk yarısında işlərə necə başlasanız, sonrakı proses həmin məcrada davam edəcək. Hansısa işlər alınmazsa, bədbinliyə qapılmayın. Neqativ fikirlər sizə rahatlıq verməyəcək. Qarşınıza çıxan maneələrlə sədləri dəf edə bilərsiniz.
Günün ikinci yarısında ailə üzvlərinizin durumunu yaxşılaşdırmağa çalışın. Daha uğurlu, alicənab insan təsiri bağışlamağa can atmayın.
Axşam saatlarında normal istirahət edin.
Şir - yaxınlarınızın və şəriklərinizin maraqlarını qulaqardına vuraraq eqoizmə qapılmayın. Tələbatların nəzərə alınması işlərinizdə yeni təkanlara rəvac verə bilər. Davranışınıza fikir verin. Sizə yaxşı məsləhət verən insanı dinləyin.
Hamıdan ağıllı, hamıdan yaxşı olduğunuzu düşünməyin.
Günün ikinci yarısında tərəfdaşlarla və şəriklərlə ünsiyyətdə diqqətli olun. Münasibətləri korlalamaq üçün güzəştlərə meylli olun. Axşam saatlarına yaxın passiv olmayın. Enerjili işləyin, qarşınıza qoyduğunuz məqsədlərə çatmağa can atın.
Qız - praktik və qənaətli olun. Alış-verişdə çox pul xərcləməyn. Maliyyə vəsaitinizin qədrini bilin. Yaxınlarınızın məsləhətlərini qulaqardına vurmayın.
Ailə büdcəsini ağır zərbələrə tuş etməyin.
Günün ikinci yarısında yaxınlarınızla münasibətlərinizdə ciddi problemlər yarana bilər. Təmasları normallaşdırmaq və harmonik etmək üçün ailə üzvlərinin maraqlarını nəzərə alın.
Gərəkli addımları atın.
Tərəzi - adi günlərdən fərqli olaraq daha effektiv davranış tələb edən gündür. Müəyyən şərtlərə uyğunlaşmağınız tələb olunur. Yaşam prioritetlərini dəqiqləşdirin. Fikirlərinizə həddən artıq önəm verməyin, situasiynı dürüst qiymətləndirin. Bir qədər istirahət edin.
Günün ikinci yarısında yaşam arealınızı yaxşılaşdırın. Fəaliyyət göstərdiyiniz sahəni yeniləmək, təmizləmək olar.
Yaxınlarınızla münasibətlərinizi elə qurun ki, anlaşılmazlıq və münaqişələr yaranmasın.
Əqrəb - yaxın ətrafınızdakı insanların qeyri-adekvat davranışı ilə qarşılaşa bilərsiniz. Təmkinli, səbrli olun. İntuisiyanıza güvənin. Baş verənləri sürətlə analiz etməyə çalışın. Ehtiyatsız addımlar atmayın.
Günün ikinci yarısında sizə bilavasitə dəxli olmayan problemlərin həllinə xeyli vaxt ayırmaq məcburiyyətində qalacaqsınız. Həmin problemlərin sizə bilavasitə dəxli olmasa da, düşünülmüş qərarlar verir.
Günün ikinci yarısında çoxdan arzuladığınız işlərdən birini reallaşdıra bilərsiniz. Alış-verişdə ifrat simiclik etməyin. Ailə büdcəsinə zərbə də vurmayın.
Axşam saatlarını sevdiyiniz insanlarla rahat ortamda keçirin.
Oxatan - yaxın ətrafınızdakı insanlarla münasibətinizə diqqət yetirin. Başqalarının mövqelərini anlamağa çalışın, səbəbsiz münaqişə yaratmayın.
Yeni dostlar tapa bilərsiniz. Önəmini və mənasını itirmiş əlaqələri dayandırmağın zamanıdır.
Günün ikinci yarısında dəvət aldığınız tədbirə qatılın. Müxtəlif aksessuarlar, paltar almaq olar.
Yaxınlarınız ailə qayğıları və məişət problemlərinin tam əksəriyyətinin həllini sizə "həvalə" edəcəklər. Axşam saatlarına yaxın istirahət etmək əvəzinə başqalarının problemlərinin həlli ilə məşğul olmalısınız.
Yorğunluq hiss edəcəksiniz.
Oğlaq - gərəkli insanlarla normal, bir qədər emosional təmaslar qurun. İmkanlarınızı artırın, əlaqələri keyfiyyətcə yeni səviyyəyə yüksəldin. Yaxın ətrafınızdakı insanların niyyət və istəklərini qulaqardına vurmayın.
Günün ikinci yarısında qərar qəbul edəndə tələsməyin. Situasiyanı yaxşıca götür-qoy edin. İndiyədək görmədiyiniz nüanslar və detallar sonradan çətin dəf ediləcək səddə çevrilməməlidir.
Yaxınlarınızla danışanda sərt olmayın. Onlara inanın, məsləhətlərindən faydalanın. Bu şəxslərin sözləri arasında pis olmayan ideyalar var.
Dolça - situasiyaya təsir etmək çətinləşir. Mövqeyinizi nəyin bahasına olursa-olsun müdafiə etmək cəhdlərinizi dayandırın. İmkanları əldən verməmək üçün səbatlı plana malik olmalısınız.
Günün ikinci yaırsında əhvalınız pozula bilər. Qıcıq, yorğunluq yaranacaq. Yaxınlarınızla təmaslarda diqqətli olun. Mənasız qısqanclıq apatiya ilə əvəzlənə bilər. Belə situasiyada ən yaxşı məqam axşam saatlarında normal istirahətdir.
Balıqlar - yaxın ətrafınızdakı insanların hisslərini anlamağa çalışın. Bilavasitə sizlə bağlı olmayan problemlərə görə narahat olmayın. Aktivliyi azaltmayın. Hərdəmxəyallıq etməyin. Fikriniz ikinci dərəcəli məsələlərə dağılmasın.
Günün ikinci yarısını sakit keçirin, emosiyalara qapılmayın. Yaxınlarınızla münasibətlərdə həssas, qayğıkeş olun. Yardım istəyənlərə kömək edin. Yeni tanışlıqlar və tərəfdaşlıqlar üçün əlverişli zamandır.
Axşam saatlarında romantik görüş istisna deyil.