ABŞ-da keçirilən Amerika Kubokunda yarımfinal mərhələsinin ilk matçı baş tutub.
Publika.az xəbər verir ki, turnirin favoriti olan Argentina millisi Kanada ilə görüşüb. Matç Cənubi Amerika təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Argentinalıların heyətində Yulian Alvares və Lionel Messi hərəyə bir dəfə fərqlənib. Leo üçün bu, cari turnirdə ilk qol olub.
Bu qələbə sayəsində Argentina finala yüksəlib. "Albiseleste"nin həlledici görüşdəki rəqibi bu gün keçiriləcək Uruqvay - Kolumbiya matçının qalibi olacaq.
Heybət