2027-ci ildə IV Avropa Oyunları Türkiyənin İstanbul şəhərində keçiriləcək.
Publika.az xəbər verir ki, şəhərin bələdiyyə sədri Əkrəm İmamoğlu bununla bağlı açıqlama verib. Onun sözlərinə görə, Avropa Olimpiya Komitəsi bununla bağlı artıq qərar verib.
Qeyd edək ki, ilk Avropa Oyunları 2015-ci ildə Bakıda keçirilib. 4 il sonra yarışlar Misnkdə (Belarus), 2023-cü ildə isə Krakovda (Polşa) baş tutub.
Heybət