Argentina millisinin yarımmüdafiəçisi Anxel Di Maria “İnter Mayami”yə keçməyə yaxındır.
Publika.az xəbər verir ki, 36 yaşlı vinger “Benfika” ilə müqaviləsi başa çatdıqdan sonra iyunun sonunda azad agent olacaq. ESPN-in məlumatına görə, 36 yaşlı argentinalı artıq “İnter Mayami” ilə anlaşıb.
Bununla belə, Di Marianın yeni komandasına nə vaxt qoşulacağı hələ dəqiq deyil. Bu, yayda və ya MLS-in yeni mövsümünün startından əvvəl – 2025-cil ilin yanvarında da ola bilər.
Xatırladaq ki, təcrübəli futbolçunun Argentina millisindəki komanda yoldaşı Lionel Messi Florida təmsilçisinin kapitanıdır. Onlar birlikdə DÇ-2022-nin qalibi olublar.