Tayvanda 6,1 bal gücündə zəlzələ qeydə alınıb.
Publika.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Hualien şəhərindən 6 kilometr şərqdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Xatırladaq ki, Tayvanda dünən də güclü zəlzələ olmuşdu.