28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

ABŞ-la Çin arasında bu danışıqlar bərpa edildi: "Pelosi təxribatı"ndan sonra dayanmışdı

10 yan 2024 08:00
GÜNDƏM
ads

ABŞ və Çin arasında Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosinin 2022-ci ildə Çinlə suverenlik mübahisəsi olan Tayvana səfəri səbəbindən kəsilən hərbi danışıqların yenidən başlandığı bildirilib.

Publika.az xəbər verir ki, 8-9 yanvar tarixlərində Vaşinqtonda 17-ci Çin-ABŞ Müdafiə Siyasəti Koordinasiya Danışıqları keçirilib.

Pentaqonun görüşlə bağlı verdiyi açıqlamaya görə, dövlət katibinin müavini Çeyz ABŞ və Çin arasındakı rəqabətin münaqişəyə çevrilməməsi üçün "hərbi rabitə kanalları açıq saxlanılmalıdır" deyib.

Çeyz həmçinin ABŞ-ın Hind-Sakit okean regionunda və qlobal miqyasda müttəfiqliklərinə sadiqliyini bir daha təkrarlayıb.

Cənubi Çin dənizində üzən Çin gəmilərinin Filippin gəmilərinə etdiyi təzyiqlərdən narahat olduğunu bildirən Çeyz beynəlxalq hüquqa uyğun olaraq açıq dənizdə üzmə azadlığının təmin edilməsinin vacibliyini vurğulayıb.

Görüş zamanı tərəflər qlobal və regional təhlükəsizlik məsələləri ətrafında da fikir mübadiləsi aparıblar. Görüşdə Rusiya-Ukrayna müharibəsinin yaratdığı təhlükəsizlik narahatlıqları və Şimali Koreyanın raket sınaqları gündəmə gətirilib.

Aysel Şahmar


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur