Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə Kirpi (balon) Balığı Ovunun Dəstəklənməsi haqqında Qərarı təsdiqləyib.
Publika.az xəbər verir ki, qərar "Rəsmi Qəzet"də dərc olunub.
Qərara əsasən, balıqçılıq iqtisadiyyatını və biomüxtəlifliyi qorumaq üçün “istilaçı” kirpi balığını tutan balıqçılara mükafat veriləcək. Belə ki, onu ovlayan şəxslərə bir balıq üçün 25 lirə, digər növləri tutanlara isə 10 lirə maaş ödənəcək.
Qərar 2024, 2025 və 2026-cı illər ərzində qüvvədə olacaq. Ödənişlər Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyinin kənd təsərrüfatına dəstək büdcəsindən ödəniləcək.
Aysel Şahmar