Türkiyə kubokunda 4-cü mərhələnin püşkü atılıb.
QÜTB.AZ xəbər verir ki, mərasimdə Azərbaycan millisinin futbolçularınına şərəfini qoruduğu klubların da rəqibləri dəqiqləşib.
Coşqun Diniyevin formasını geyindiyi “Bandırmaspor” “Karacabey Bələdiyəspor”la üz-üzə gələcək. Renat Dadaşov və Həsən Nəzərlinin heyətində yer aldığı “Ankaragücü” isə “Karşıyaka” ilə gücünü yoxlayacaq.
Bu mərhələnin matçları dekabrın 3-5-də keçiriləcək.