Fransa millisinin Lüksemburqla yoldaşlıq görüşündə (3:0) vurulan qollardan birinin müəllifi olan Kilian Mbappe diqqət mərkəzinə düşüb.
Publika.az xəbər verir ki, fransız forvard vurduğu qolu bu yaxınlarda vəfat etmiş əmisi Aleksə həsr edib. Mbappe qol sevinci zamanı formasını qaldıraraq əmisinin şəklini nümayiş etdirib və əllərini göyə qaldırıb. O, daha sonra bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Qeyd edək ki, "Real"ın yeni transferi Lüksemburqla görüşdə 2 məhsuldar ötürmə də edib.
Heybət