29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Əfsanə nə vaxt geri qayıdacaq?

04 apr 2024 19:00
İDMAN
ads
Advertisement

İspaniyalı tennisçi Rafael Nadal belindəki zədə səbəbindən daha bir neçə turniri buraxa bilər.

Aut.az xəbər verir ki, 37 yaşlı əfsanə yalnız 6 həftədən sonra korta qayıda bilər. Bu barədə “Sport.es” məlumat yayıb.

Nadal kürəyində normal çıxış etməsinə mane olan problemləri həll edə bilməsə, Monte Karlo və Madriddəki Masters yarışlarını, həmçinin Barselonadakı turniri buraxacaq. O, yalnız mayda Romada kortlara qayıda biləcək.

İspan raketka ustası yanvar ayından bəri çıxış etmir. O, omba zədəsinə görə keçən mövsümü demək olar ki, hamısını buraxmışdı. İspanların korta qayıdışı “İndiana Uells”də (ABŞ) keçirilən Masters turnirində gözlənilirdi. Lakin o, start ərəfəsində yarışdan çəkildiyini açıqladı.

“TennisUpToDate” qeyd edir ki, Monte Karloda keçirilən “Masters” yarışından əvvəl (7-14 aprel) Nadal kortda aktiv şəkildə məşq edir. Lakin bu onun kortlara qayıtması anlamına gəlmir. Hələlik ispaniyalının adı Monte Karloda keçiriləcək turnirin iştirakçıları arasındadır.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur