29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Sandu prezident seçkilərində qalib gəldiyini ELAN ETDİ

04 noy 2024 04:00
GÜNDƏM
ads
Advertisement

Moldovanın hazırkı Prezidenti Maya Sandu prezident seçkilərinin ikinci turunda qalib gəldiyini elan edib.

QÜTB.AZ xəbər verir ki, o, "X" sosial şəbəkəsində müvafiq yazı dərc edib.

“Moldova, bu gün qalib gəldin. Biz birlikdə birliyimizin gücünü, demokratiyamızı və layiqli gələcəyə sadiqliyimizi nümayiş etdirdik”, - deyə siyasətçi yazıb.

O, respublika vətəndaşlarına da minnətdarlığını bildirib.

Moldova Mərkəzi Seçki Komissiyasının ( MSK ) məlumatına görə , protokolların 98%-ni işlədikdən sonra Sandu 54,43%, ölkənin keçmiş baş prokuroru, müxalifətçi Sosialistlər Partiyasının namizədi Aleksandr Stoyanoqlo isə 45,57% səs toplayıb.

Xatırladaq ki, noyabrın 3-də Moldovada prezident seçkilərinin ikinci turu keçirilib . Moldova Mərkəzi Seçki Komissiyası seçicilərin 20%-i ötdüyü üçün ölkədə prezident seçkilərinin ikinci turunu baş tutmuş hesab edib.

Oktyabrın 20-də keçirilən seçkilərin birinci turunda Sandu 42,49%, Stoyanoqlo isə 25,95% səs toplayıb.

Hüseyn İbadlı

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur