Ermənistan bankları bu gündən Rusiyanın “Mir” ödəniş kartları ilə əməliyyatları dayandıracaq.
Publika.az xəbər verir ki, Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar səbəbindən bu qərara gəlinib.
Ermənistanın kommersiya bankları “ikinci dərəcəli sanksiyalar riski səbəbindən “Mir” sistemindən imtina edir.
Bildirilib ki, bu addım Rusiyanın dövlət nəzarətində olan Bank VTB-nin Ermənistandakı törəmə şirkəti tərəfindən buraxılan “Mir” kartları üçün istisna olacaq.
Qeyd edək ki, Rusiya sanksiyalardan yayınmaq üçün “Mir” sistemindən istifadə edir. Qərbin genişmiqyaslı sanksiyalarından sonra Ermənistan bankları Rusiyadan pul axınının kəskin artması səbəbindən öz mənfəətlərini üç dəfə artırıb.