22.05.25 | Bakı 17.03° C |
10:06:25
Lent :

İran-ABŞ danışıqları - 5-ci raundun yeri və vaxtı açıqlandı

22 may 2025 02:00
GÜNDƏM
ads
Advertisement

İran-Amerika danışıqlarının beşinci raundu cümə günü İtaliyanın paytaxtı Romada keçiriləcək.

Qutb.az xəbər verir ki, bu barədə Omanın xarici işlər naziri Seyid Bədr bin Həməd bin Həmud Əlbusaidi bildirib.

O, sosial şəbəkədə yazıb: "İran-Amerika danışıqlarının beşinci raundu bu cümə, mayın 23-də Romada baş tutacaq".

İran və ABŞ nümayəndə heyətləri Omanın paytaxtı Maskat və İtaliyanın Roma şəhərində Tehranın nüvə proqramı və ABŞ sanksiyalarının ləğvi ilə bağlı dolayı danışıqların dörd raundunu keçirib.

Bundan əlavə, İran və üç Avropa ölkəsi - Fransa, Almaniya və Böyük Britaniya ötən cümə günü İstanbulda yüksək səviyyəli görüş keçirib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
17.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur