29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Fermer etirazı: Fransada hökumət geri addım atdı

02 fev 2024 07:00
GÜNDƏM
ads

Fransanın baş naziri Qabriel Attal fermerlerin uzun müddətdir ölkə daxilində davam edən etirazlarından sonra geri addım ataraq, fermerlərə 150 ​​milyon avroluq dəstəyi ehtiva edən yeni tədbirlər paketi hazırlayıb.

Publika.az xəbər verir ki, Fransada fermerlər etirazları ilə hökuməti geri çəkilməyə məcbur ediblər. Qabriel Attal açıqlamasında deyib: "İndi bütün Avropada sual verilir: Kənd təsərrüfatımızın gələcəyi varmı? Təbii ki, cavab bəllidir".

Attal həll yolu tapılana qədər yeni pestisid qadağasının olmayacağını vəd edib.

Attal Fransanın AB-nin Cənubi Amerika Ortaq Bazarı (MERCOSUR) ilə azad ticarət müqaviləsi imzalamasına qarşı çıxmağa davam edəcəyini təkrarlayıb:

"Fransanın bu müqaviləni qəbul etməsi müzakirə mövzusu deyil".

O, hökumətin yeni elan etdiyi tədbirlərin ərzağın dəyərini bərpa etmək və fermerlərin gəlirlərini artırmaq, onları haqsız rəqabətdən qorumaq və gündəlik həyatlarını asanlaşdırmaq məqsədi daşıdığını bildirib.

Attaldan sonra danışan Kənd Təsərrüfatı Naziri Mark Fesneau fermerlərə kredit vermək üçün 2 milyard avroluq bir paket açıqlayıb.

Roza Şəfiyeva


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur