Fransa yığmasının hücumçusu Kilian Mbappe Avro-2024-ün 1/4 finalında baş tutacaq Portuqaliya ilə qarşılaşma öncəsi açıqlama verib.
Publika.az xəbər verir ki, o, rəqib komandanın ulduz hücumçusu Kriştiano Ronaldo haqda danışıb:
“Ona qarşı oynamaq böyük şərəfdir, hər kəs bu oyunçuya nə qədər heyran olduğumu bilir. Biz hələ də əlaqə saxlayırıq. O, futbol əfsanəsi olaraq qalacaq, amma sabah qalib gələcəyimizə ümid edirik.
Ronaldonun tərcümeyi-halı öz sözünü deyir. Ona hörmət edirəm. O, unikaldır, təkdir. Amma mən öz yolumla getmək istəyirəm. Ümid edirəm ki, “Real”da böyük səhifə yazacam, amma fərqli olacaq”.
Qeyd edək ki, Portuqaliya və Fransa iyulun 5-də üz-üzə gələcək.
Heybət