"O gün "xalx(q)ın artistlərindən" biri açmışdı ağzını, danışmırdı. Məhz ağzını açmışdı ki, "Alatava" elə, yaxud belə".
Publika.az "Axşam.az"a istinadən xəbər verir ki, bu sözləri aktyor Kamran Ağabalayev "Alatava" serialını tənqid edən Xalq artistinin ünvanına yazıb. Onun adını açıqlamayan sənətçi bunları əlavə edib:
"Tənqidə hər zaman açığam, elə uşaqlar da həmçinin, amma 8 oynadığı filmdə 8 dəqiqə ekran vaxtı olan xalxın artistinin başı üçün deyil əziyyəti yerə vurmaq. Amma eybi yox, başı üçün olmayanların yaşına hörmət etməyi çox şükür bilirik".
Qeyd edək ki, ötən günlərdə Xalq artisti Əli Nur serialı tənqid edib. O, "Təbiilik belə olmur, bu, tərbiyəsizlikdir. Bu, hərəkətin başqa adı yoxdur. Onda naturalizm adı altında gərək insanlar lüt gəzsinlər? Bu nə arqumentdir? Söyüşsüz də təbilik olur, bu isə həyasızlıqdır" sözlərini işlədib.