29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Niyə bəzi cütlüklər uzun müddət bir yerdə yaşaya bilir?

16 mar 2024 08:00
GÜNDƏM
ads

Macarıstanın Eötvös Loránd Universitetinin mütəxəssisləri uzun illər evli olan cütlüklərin ünsiyyətinin maraqlı xüsusiyyətini ortaya çıxaran araşdırma aparıblar.

Publika.az xəbər verir ki, tədqiqatın nəticələri “International Society for Applied Ethology” jurnalında dərc olunub.

Alimlər müəyyən ediblər ki, uzun müddət birlikdə yaşayan həyat yoldaşları, bir qayda olaraq, ünsiyyət səviyyəsini minimuma endirirlər. Həm də təkcə söhbətlərin həcmində deyil, ünsiyyət tərzində. Onlar bir-birləri ilə təxminən körpələr və ya itlərlə davrandıqları kimi rəftar edirlər.

Məlumdur ki, böyüklər çox vaxt “uşaq dili ” ilə danışaraq uşaqların və ev heyvanlarının diqqətini çəkirlər. Bu, minimum sözlər, maksimum üz ifadələri və jestlər, ifadəli intonasiyadır. Onlar adətən həmsöhbətin deyilənləri başa düşməsi və sözləri bilmədən deşifrə etməsi üçün istifadə olunur.

Tədqiqatın müəllifləri həm körpə, həm də iti olan bir neçə macar ailəsi üzərində təcrübə aparıblar. Və əmin olublar ki, hər iki canlılar ilə onların ünsiyyət üsulu eynidir.

Cəmilə


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur