Ukrayna millisinin 34 yaşlı sabiq futbolçusu Yevgeni Konoplyanka karyerasını bitirməyə yaxındır.
Publika.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Yevgeni köhnə zədələrinə görə formasını bərpa edə bilməyib və agentlik işi ilə məşğul olmaq qərarına gəlib.
Konoplyanka “Dnepr”dən olan keçmiş komanda yoldaşı Roman Zozulya ilə birlikdə agentlik şirkəti yaratmaq və ukraynalı futbolçuların Avropa klublarına transferini reallaşdırmaq niyyətindədir.
2024-cü il yanvarın 3-də 34 yaşlı Yevgeni Konoplyanka Rumıniyanın “CFR Kluj” komandası ilə müqaviləni qarşılıqlı razılıq əsasında rəsmən ləğv edib.