“SpaceX” kompaniyasının “Falcon 9” daşıyıcı raketi qlobal internet şəbəkəsinin orbital qruplaşması üçün nəzərdə tutulan növbəti 20 ədəd “Starlink” peykini orbitə çıxarıb.
QÜTB.AZ xəbər verir ki, raketin artıq onuncu dəfə istifadə olunan birinci pilləsi Sakit okeandakı “Of Course I Still Love You” platformasına şaquli eniş edib.
“SpaceX” 2019-cu ildən bəri kosmik fəzaya ümumilikdə 7 mindən çox peyk buraxıb. Hazırda onların 6,4 mindən çoxu işlək vəziyyətdədir.
Kompaniyanın qlobal layihəsi olan “Starlink” internet şəbəkəsi dünyanın 70 ölkəsində istifadəçilər üçün əlçatandır.