31.12.24 | Bakı 5.03° C |
10:06:25
Lent :

180 il əvvəl bu gəminin batdığı yerdən xəzinə tapıldı

29 yan 2024 08:00
GÜNDƏM
ads
Advertisement

"HMS Erebus" və "HMS Terror" gəmiləri 1845-ci ildə Şimal-Qərb keçidini tapmaq üçün Kentdəki Qrinhitdən üzən ekspedisiya zamanı yoxa çıxıb. Arxeoloqlar "HMS Erebus"un Kanada sahillərində batmasından təxminən iki əsr sonra qalıqlar arasından yüzlərlə artefakt tapıblar.

Publika.az xəbər verir ki, gəminin batması ilə bağlı araşdırmalarını tamamlayan sualtı qrup "Parks Canada" tərəfindən tapılan artefaktlar arasında silahlar, möhürlənmiş dərman şüşələri, balıqçı çubuqları və dənizçi sandıqları var.

Qeyd edək ki, "HMS Erebus" və "HMS Terror" Atlantik və Sakit okeanı birləşdirən qütb xətti olan Şimal-Qərb keçidini tapmaq üçün 1845-ci ildə yaradılan ekspedisiyanın bir hissəsi idi. Ekspedisiyaya Kral Donanmasının zabiti və Arktika tədqiqatçısı Con Franklin rəhbərlik edirdi.

Faciə Britaniyanın qütb kəşfiyyatı tarixindəki ən dəhşətli fəlakətlərdən biri hesab olunur. Arxeoloqlar ekipajın qəzaya uğradığı terdə qızıl sikkələr də tapıblar. Araşdırma zamanı insan qalıqlarına rast gəlinməyib.

Aysel Şahmar


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
5.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur