02.04.25 | Bakı 11.03° C |
10:06:25
Lent :

“Bavariya” öz meydanında qələbə qazandı

30 mar 2025 02:00
İDMAN
ads

“Bavariya” komandası Bundesliqanın 27-ci turunda öz meydanında “St Pauli” ilə qarşılaşıb.

 

Qutb.az xəbər verir ki, görüşdə Münxen təmsilçisi 3:2 hesabı ilə qalib gəlib. Oyunda hesab 17-ci dəqiqədə açılıb. “Bavariya”nın ingilis legioneri Harri Keyn adını tabloya yazdırıb. Bu qoldan on dəqiqə sonra qonaqlar Elias Saadın sayəsində oyunda tarazlığı bərpa ediblər – 1:1. İlk hissə bu hesabla başa çatıb. Görüşün 53-cü və 71-ci dəqiqələrində Leroy Sane “Bavariya”nı yenidən hesabda irəli çıxarıb. Lakin bu, oyunda son qol olmayıb. Əsas vaxta əlavə olunmuş hissədə (90+3) “St Pauli”nin heyətində Lars Ritska bu qollardan birinin əvəzini çıxıb. Beləliklə, qarşılaşma 3:2 hesabı ilə münxenlilərin xeyrinə başa çatıb.

 

Digər oyunlarda aşağıdakı nəticələr qeydə alınıb:

 

“Hoffenhaym” – “Auqsburq” – 1:1;

 

“Volfsburq” – “Haydenhaym” – 0-1;

 

“Borussiya Münxenqladbax” – “Leyptsiq” – 1:0;

 

“Holştayn Kiel” – “Verder Bremen” – 0:3

 

“Ayntraxt Frankfurt” – “Ştutqart” - 1:0.

 

Turun açılış matçında “Bayer Leverkuzen” öz meydanında “Boxum”u 3:1 hesabı ilə məğlub edib. Bundesliqanın 27-ci turuna “Frayburq” – “Union Berlin” və “Borussiya Dortmund” – “Maynts” oyunları ilə yekun vurulacaq.

 

Almaniya çempionatına 65 xalla “Bavariya” liderlik edir. Münxenliləri 59 xalla “Bayer Leverkuzen” izləyir.

Teglər
Müəllif : Sadıq Abdullayev
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur