Rusiyanın Dağıstan vilayətinin Mahaçqala şəhərində qorxu evində baş verən yanğında stullara bağlanmış iki gənc qadın ölüb.
Publika.az xəbər verir ki, yanğın qorxu oyun zamanı təsadüfən qaz balonunun aşması nəticəsində baş verib. Belə ki, stullara bağlanmış iki gənc qadın qaça bilməyib. Yanaraq faciəvi şəkildə dünyasını dəyişiblər.
Hadisənin qurbanları 19 yaşlı stomatoloq Asiya və onun 25 yaşlı şəxsi məşqçisi Mədinə olub. Asiya toyundan cəmi 5 gün sonra bu faciəli hadisənin qurbanı olub. O, əri Səidi də özü ilə aparıb.
Qaçış otağındakı ssenariyə görə, Asiyanı kresloya bağlayıblar, Mədinənin isə əl-qolunu qandallayıblar. Oyunun bir hissəsi kimi zəncirli mişar da istifadə edilib. Amma işlər nəzarətdən çıxıb.
İşçilərdən biri oyunu daha qorxulu etmək istəyərkən təsadüfən qaz balonunu aşırıb və alov otağı bürüyüb.
İki qadın qaranlıq və kilidli otaqda qalıb. İşçilər açarları tapmaqda çətinlik çəkərkən, bitişik kafedə olan müştərilər tüstünü görüb və yanğınsöndürənlərə zəng ediblər. Yanğınsöndürənlər zorla içəri daxil olub, lakin təəssüf ki, artıq gec olub.
Asiya rəfiqəsi Mədinəni xilas etmək istəyərkən dəm qazından boğularaq dünyasını dəyişib. Mədinə demək olar ki, bütün bədənini əhatə edən yanıqlardan dünyasını dəyişib.
Aysel Şahmar