Bakıda keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirində ilk yarış gününə yekun vurulub.
Publika.az xəbər verir ki, bu gün Azərbaycanın iki cüdoçusu bürünc medal qazanıb.
Kişilər arasında -60 kq. çəki dərəcəsində mübarizə aparan Balabəy Ağayev və -66 kq. çəki dərəcəsində mübarizə aparan Yaşar Nəcəfov turnirdə üçüncü yeri tutub.