Müğənni Şəbnəm Tovuzlu "İncə səhər" verilişində şəxsi həyatı haqqında etirafı ilə diqqət çəkib.
Publika.az teleqraf.com-a istinadla xəbər verir ki, Şəbnəm Tovuzlu aparıcının "Həyat yoldaşınız sizdən borc pul alırmı" sualına cavabda deyib: "Həyat yoldaşım heç vaxt məndən borc pul istəmir. O, elə insan deyil. Oğlum Əli ilə bağlı bütün öhdəliklər onun üzərindədir. Mənim də borcumdur, övladımızdır. Amma əvvəldən hər şeyi özü edir".
Şəbnəm Tovuzlu oğlu Əlidən də danışıb: "Onun bütün geyimlərini atası alıb. Öz zövqünə uyğun geyindirir. Oğlum adımı "Dollar Şəbnəm" qoyub. Məndən pul istəyir. Usağı pul ilə böyütmək olmaz. Oğlum mənə deyir ki, pulun çoxdur. Mən də cavab verirəm ki, pulu atandan al. Əli uşaq xasiyyətli deyil, böyüklər kimi hərəkət edir. Qızım efirə çıxmaq istəmir. Oğlan usağı ana ilə yox, ata ilə fəxr etməlidir".
Şəbnəm Tovuzlu qızının toy mərasimində də söz açıb: "Qızımın planları var. Hələ ki toy mərasimi müəyyənləşməyib".
Qeyd edək ki, Şəbnəm Toovuzlu Hacı Ramil ilə evlidir.