29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

La Liqanı ələ saldı: Zarafat liqası

11 yan 2024 23:00
İDMAN
ads

İngiltərənin sabiq futbolçuları, hazırda televiziya ekspertləri Ceymi Karraqer və Qari Nevil 2023-cü ilin ən yaxşı oyunçularından ibarət komandanı seçərkən mübahisə ediblər.

Publika.az xəbər verir ki, onlardan üçüncü hücumçu seçmək istənildikdə (bu vaxt Erlinq Haaland və Kilian Mbappe artıq komandada idilər) dostluq mübahisəsi baş verib.

Karrager “France Football”un “Qızıl top”u verdiyini iddia edərək Lionel Messini təklif edib. Qari həmkarının seçimi ilə razılaşmayıb, bildirib ki, Dünya Kuboku 2022-ci ildə idi və bundan sonra argentinalı superulduz yaddaqalan heç nə etməyib.

Nevil hesab edib ki, Vinisius Junior komandada yer almağa layiqdir. Sonra mübahisə başlayıb.

Karrager: “Mən Messini MLS-də etdiyi işlərə görə seçərdim. Onun qollarından və asistlərindən bəziləri…”

Nevil: “6 matçda?”

Karrager: “Bilirəm, amma inanılmaz idi, inanılmaz idi. Vinisius nə edib?

Nevil: “Sənə deyəcəm. 44 matçda 18 qol vurub, 17 məhsuldar ötürmə edib. 35 effektiv fəaliyyət!”

Karrager: “Real”da? Zarafat liqasında? “Real” nə qazandı? Vinisius La Liqanı belə qazana bilmədi”.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur