Kanadada 61 yaşlı balıqçı son anda cekpotu qazandığının fərqinə varıb.
Publika.az xəbər verir ki, 15 aprel 2023-cü il lotereya tirajında 61 yaşlı balıqçı 64 milyon Kanada dolları qazanıb.
Lakin “Loto Atlantique”in verdiyi press-relizə görə, qalib ortaya gec çıxıb.
Merel Chiasson şkafında qoyduğu biletin vaxtının bitməsinə 19 gün qalmışa qədər uduşdan xəbəri olmayıb. Bilet 347 gün yoxlanılmadan orada qalıb. Chiasson bu müddət ərzində cekpotun sahibsiz qaldığını eşitsə də, uduşlu biletin sahibinin özü olduğunu heç düşünmədiyini bildirib.
Multimilyonçu bu uduşun onu heç dəyişdirmədiyini və lotereya biletləri almağa davam edəcəyini deyib.
Roza Şəfiyeva