FİFA prezidenti Canni İnfantino Parisdə keçirilən UEFA Konqresində çıxış edib.
Publika.az xəbər verir ki, 53 yaşlı futbol funksioneri irqçiliyin istənilən təzahürləri ilə mübarizə üçün əlavə tədbirlərin görülməsinin vacibliyini bəyan edib.
“Biz məsuliyyət daşımalı olacağıq. İrqi motivli qalmaqallarda iştirak edən komandalara cəzalar verəcəyik. Həmçinin irqçi insidentlər zamanı matçların vaxtından əvvəl dayandırılmasının tərəfdarıyam.
Hazırda dünyada çoxlu fikir ayrılıqları var. Son bir neçə ay ərzində biz bir neçə irqçilik hadisəsinin şahidi olduq. Onlara son qoymaq üçün bütün səylərimizi sərf etməliyik. Bu problemin kökünü kəsməliyik. İntizam nəticələri bütün komandalar üçün məcburi olmalıdır”.
İnfantino cəza tədbiri olaraq komandalara texniki məğlubiyyət verilməsini daha çox ön plana çəkib.
Heybət