“İnsanlarda fərdi sevgi və münasibət azalıb. Yaxınlaşıb deyirlər ki, Xumar xanım, sizin üçün “ölürəm”. Doğrudan da inanırsan ki, bu şəxs sənin sənətin üçün “ölür”. Nəğmələrini bir-birinin ardınca oxuyur və hətta sevincdən gözündən yaş da gəlir. Bir də baxıb görürsən ki, həmin sözləri başqası üçün deyir. Axı, bu nə sevgidir belə?”
QÜTB.AZ Bizim.Media-ya istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Xumar Qədimova “MTV Azərbaycan” verilişinə müsahibəsində deyib.
Sənətçi bildirib ki, onun arxasınca danışan insanlara pis olur:
“İndi hamı hamını sevir. Bu gün sənin, sabah isə başqasının və ya digərinin yanındadır. Buna görə də mənim yanımda heç kəs yoxdur. Yanımda yalnız say-seçmə insanlar var. Çünki mən belə şeyləri qəbul edə bilmirəm. Mənə dediyi o xoş sözləri gedib başqasına deyir. O insanlara ürəyim də ağrıyır. Arada mən ağlayıram. Bax, bu cür insanların halına ağlayıram”.