03.04.25 | Bakı 13.03° C |
10:06:25
Lent :

Ərdoğan "Freedon House" nümayəndəsinə sərt cavab verib

30 iyn 2022 14:54
SİYASƏT
ads

"Onların özlərini sorğulaması lazımdır. 40 ildə 40 min vətəndaşımız öldürülüb. Hazırda Diyarbakır anaları HDP-nin qapısı önündə övladlarını gözləyir. Həmin analar uşaqları 12-13 yaşında dağa qaçırılanlardır. Haradadır bu "Freedom House"?".

 Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Madrid sammitinin yekunlarına dair mətbuat konfransında Türkiyədəki siyasi prosesləri tənqid edərək oradakı mətbuatın sıxışdırıldığını bildirən "Freedom House" nümayəndəsinə deyib.

"Gəlsinlər bir dəfə də Diyarbakırdakı o anaları ziyarət etsinlər. İnsanların övladlarını qaçıran HDP-çilər, PKK-çılar, YPG-çilər bunu azadlıq adınamı edirlər? Bu necə bir azadlıqdır?! "Azadlığ"ın tərifini düzgün bilməliyik. Azadlıq mənim azadlıq sahəmin sizin azadlıq sahənizə qədərdir, sizin azadlıq sahəniz isə mənim azadlıq sahəmə qədərdir”, - dövlət başçısı vurğulayıb.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
13.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur