Azərbaycan millisinin Zaqreb "Dinamo"sunda çıxış edən üzvü Mahir Emreli mart ayından etibarən komanda ilə məşqlərə başlayacaq.
Publika.az xəbər verir ki, bu barədə "slobodnadalmacija.hr" saytı məlumat yayıb.
Bildirilir ki, zədəlilərdən Mahirlə yanaşı, Dino Periç, Marko Roq və Luka Stoykoviç də mart ayında məşqlərə qoşulacaq. Lakin Xorvatiya klubun həkimlərinin proqnozlarına görə, onlar yaşıl meydanlara mövsümün sonunda qayıda biləcəklər
Qeyd edək ki, Mahir Emreli yanvarın əvvəlində Sloveniyanın “Roqaşka” klubu ilə yoxlama görüşündə zədələnmişdi.
Heyət