La Liqanın iki nəhəng komandası "Real" və "Barselona" çempionatın rasizm əleyhinə təşkil etdiyi kampaniyaya qoşulmayıb.
Publika.az xəbər verir ki, bu komandaların futbolçuları 29-cu turun oyunları öncəsi irqçiliyə qarşı hazrılanan köynəkləri geyinməyiblər.
"Barsa"dan fərqli olaraq "qalaktikos" bunu başqa formada reallaşdırıb. "Los Blankos"un oyunçuları meydana futbolda və həyatda irqçiliyi aradan qaldırmağa çağıran, amma klub tərəfindən hazırlanan forma ilə çıxıblar.
"Cadena Cope"un məlumatına görə, "Barselona" sponsoruna görə bu addımı atmayıb. Kataloniya klubunun video oyun istehsalçısı "Konami" ilə müqaviləsi var. La Liqanın hazırladığı köynəklərdə Yaponiya şirkəinin əzəli rəqibi "EA Sports"un loqosu yer alıb. "Barselona" iki şirkət arasında maraqların toqquşmaması üçün köynəkləri geyinməkdən imtina edib.
Heybət