Təkadamlıq tamaşası üçün Dənizlinin Pamukkale mahalına gedən məşhur aktrisa Berna Laçının halı qəfil pisləşib və xəstəxanaya aparılıb.
Publika.az xəbər verir ki, bu barədə 53 yaşlı aktrisa instaqramda məlumat yayıb. Bütün planlarını ləğv edən Laçın təcili əməliyyat olunacağını bildirib.
"Qul plan qurar, tale gülərmiş. Bu axşam gözəl bir tədbir üçün Pamukkaledə bir nəfərlik tamaşamı oynayacaqdım. Sonra 7 mart İzmir və 8 mart Bodrum səhnələrini “Hayel Satıcısı” tamaşamla açacaqdım. Qəfil ortaya çıxan və təəssüf ki, mənim üçün ciddi təhlükə yaradan onurğa iliyi problemi ilə təcili əməliyyat olunmaq məcburiyyətindəyəm.
An etibarı ilə mənə gəzmək qadağan edilib. Bəli, bütün bu yük və təzyiqlər təbii ki, orqanizmdə də özünü göstərəcək, yaşadığımız hər şey bədəndə bir xəstəlik kimi ortaya çıxır. Bütün tamaşaçılardan çox üzr istəyirəm. Xoş günlərdə görüşək, o günə qədər dualarınızı gözləyirəm. Sevgi və hörmətlər", - aktrisa qeyd edib.