Boks üzrə sabiq mütləq dünya çempionu Mayk Tayson bloger Ceyk Pol ilə döyüşə hazırlaşır. Onların görüşü iyulun 20-nə planlaşdırılıb.
Publika.az xəbər verir ki, Mayk Tayson bu yaxınlarda təcili tibbi yardıma ehtiyac duyub. Bu barədə "NY Post" məlumat yayıb.
Əfsanəvi boksçu Mayamidən Los-Ancelesə uçarkən halı pisləşib. Uçuş zamanı Mayk ürək bulanması və başgicəllənmə hiss etməyə başlayıb. Ona tibbi müdaxilə etdikdən sonra səhhəti normallaşıb.
Qeyd olunur ki, Maykın durumu hazırda yaxşıdır və o məşqləri davam etdirir.
Heybət